Bərdədə yaşayış evinə ildırım düşüb

2 Oktyabr 2024 14:52 (UTC+04:00)

Bərdədə yaşayış evinə ildırım düşüb. SİA xəbər veir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beş otaqlı evə düşən ciddi ziyan dəyib.

Ev bildirib ki, səhər güclü partlayış səsinə oyanıblar. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.
Müvafiq qurumlar tərəfindən evə baxış keçirilib, dəymiş ziyanı qeydə alınıb.

Yerli sakinlər kənddə bir sıra evlərdə də elektron cihazlara ziyan dəydiyini bildiriblər.