Murat Boz "La Casa de Papel"in ulduzu ilə görüşüb - FOTO

2 Oktyabr 2024 14:25 (UTC+04:00)

Türkiyəli pop müğənnisi Murat Boz dünyaca məşhur "La Casa de Papel" serialında "Berlin" obrazını canlandıran Pedro Alonso ilə İstanbulda görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "La Casa de Papel" serialındakı "Berlin" obrazı ilə bütün dünyada geniş pərəstişkar kütləsi olan Pedro Alonso Türkiyəyə gəlib.

Layihə üçün İstanbulda olan ispan aktyor dünən günorta saatlarında "İnstaqram" hesabında “İstanbul... Çəkilişlər hazırdır” qeydi ilə Boğaziçi mənzərəsini paylaşıb.

Axşam saatlarında Pedro Alonso estrada müğənnisi Murat Bozla məkanların birində görüşüb. Boz Alonso ilə fotosunu "İnstaqram"da yayımlayıb. Bozun məşhur adla paylaşdığı foto sosial mediada trend mövzusuna çevrilib.