Konfrans Liqasında əsas mərhələyə start verilir

2 Oktyabr 2024 13:08 (UTC+04:00)

Bu gün UEFA Avropa Konfrans Liqasında əsas mərhələyə start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Türkiyənin “Başakşəhər” komandası doğma meydanda Avstriya təmsilçisi “Rapid”i ( Vyana) sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Eyni saatda start götürəcək digər görüşdə isə Portuqaliyanın “Vitoriya Gimaraynş” klubu Sloveniyanın “Tselye” kollektivini qəbul edəcək.

Qeyd edək ki, Konfrans Liqasının digər oyunları oktyabrın 3-də keçiriləcək.