Parlamentdə ilk komitə İCLASI

2 Oktyabr 2024 12:28 (UTC+04:00)

Oktyabrın 2-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

İclasda cari məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib.