Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb - YENİLƏNİB

2 Oktyabr 2024 11:27 (UTC+04:00)

Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.