Azərbaycanla fəal şəkildə çalışırıq - BQXK-nın Mərkəzi Axtarış Agentliyinin rəhbəri

2 Oktyabr 2024 11:14 (UTC+04:00)

Bizim beynəlxalq hüquqa və bu istiqamətdə atılan addımlara çox ehtiyacımız var. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mərkəzi Axtarış Agentliyinin rəhbəri Florans Anselmo “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

“İlkin düşmüş şəxslərin tapılması üçün birlikdə çalışıb onları ailələrinə qaytarmalıyıq. Azərbaycan dövlətinə itkin və girov düşmüş şəxslər mövzusundakı fəaliyyətinə görə təşəkkür edirəm. Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq Azərbaycanla bu sahədə çalışırıq”, - deyə o əlavə edib.