Xaçmazda 10-cu sinif şagirdi bıçaqlanıb

2 Oktyabr 2024 11:03 (UTC+04:00)

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb. SİA-nın məlumatına görə, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.

K.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Fakla bağlı araşdırmalar aparılır.