Tonqada 6,6 bal gücündə zəlzələ baş verib

2 Oktyabr 2024 10:38 (UTC+04:00)

Sakit okeanda ada ölkəsi olan Tonqa Krallığının sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Neiafu şəhərindən 154 kilometr cənub-şərqdə olduğunu açıqlayıb. Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 6,6 bal gücündə zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı da olmayıb.