Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub

2 Oktyabr 2024 09:58 (UTC+04:00)

Bakıda avtovağzalda sürücülər arasında münaqişə bıçaqlanma ilə bitib. SİA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb.

Avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə “Mercedes-benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlunun bədəninin müxtəluf nahiyyələrinə xəsarətlər yetirib.

Bayramov Elnur İsrafil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt araşdırılır.