Dünya fond bazarlarının əsas indeks göstəriciləri

2 Oktyabr 2024 09:53 (UTC+04:00)

Oktyabrın 1-də Amerika fond bazarlarında əsas indekslərdə geriləmə müşahidə edilib. Dow Jones indeksi 0,41% – 42,156.97 bəndədək, S&P 500 indeksi 0,93% – 5,708.75 bəndədək, Nasdaq indeksi isə 1,53% – 17,910.36 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında isə oktyabrın 1-də FTSE 100 indeksi 0,48% –8,276.65 bəndədək artıb, Almaniyanın DAX indeksi 0,58% –19,213.14 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,81% –7,574.07 bənddək azalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1.1058 dollar təşkil edib.