Liqa mərhələsinin II turuna 9 oyunla yekun vurulacaq

2 Oktyabr 2024 09:40 (UTC+04:00)

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 9 görüş baş tutacaq.

Almaniyanın "Bavariya" klubu səfərdə İngiltərə təmsilçisi "Aston Villa" ilə qarşılaşacaq. "Liverpul" doğma meydanda "Bolonya"nı qəbul edəcəksə, "Yuventus" səfərdə "Leyptsiq"in qonağı olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

2 oktyabr

20:45. "Şaxtyor" (Ukrayna) - "Atalanta" (İtaliya)

20:45. "Jirona" (İspaniya) - "Feyenoord" (Niderland)

23:00. "Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya)

23:00. "Leyptsiq" (Almaniya) - "Yuventus" (İtaliya)

23:00. "Benfika" (Portuqaliya) - "Atletik" (İspaniya)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa)

23:00. "Lill" (Fransa) - "Real" (İspaniya)

23:00. "Aston Villa" (İngiltərə) - "Bavariya" (Almaniya)

23:00. "Şturm" (Avstriya) - "Brügge" (Belçika)

Qeyd edək ki, Liqa mərhələsinin III turuna oktyabrın 22-də start veriləcək.