“Barselona” və “Mançester Siti”dən darmadağın

2 Oktyabr 2024 02:45 (UTC+04:00)

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start verilib. SİA xəbər verir ki, turun ilk oyun günündə 9 matç baş tutub. “Barselona” doğma meydanda İsveçrə təmsilçisi “Yanq Boys”la qarşılaşıb. Görüş Katalon klubunun 5:0 hesablı qələbi ilə başa çatıb.

“Mançester Siti” səfərdə “Slovan Bratislava”nı, “İnter” isə ev matçında “Srvena Zvezda”nı 4:0 hesabla üstələyib. Dortmund “Borussiya”sı “Seltik”i darmadağın edərək 7:1 qalib gəlib. İlk turda “Liverpul”a uduzan “Milan” “Bayer Leverkuzen”lə də bacarmayıb. Alman klubu İtaliya nəhəngini minimal hesabla üstələyib.

UEFA Çempionlar Liqası Liqa mərhələsi

II tur

1 oktyabr

“Zaltsburq” (Avstriya) – “Brest” (Fransa) 0:4 “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) 1:1 “Arsenal” (İngiltərə) - PSJ (Fransa) 2:0 “Barselona” (İspaniya) - “Yanq Boys” (İsveçrə) 5:0 “Bayer 04” (Almaniya) - “Milan” (İtaliya) 1:0 “İnter" (İtaliya) - “Srvena Zvezda” (Serbiya) 4:0 “Borussiya" (Dortmund, Almaniya) - “Seltik” (Şotlandiya) 7:1 PSV (Niderland) - “Sportinq” (Portuqaliya) 1:1 “Slovan” (Slovakiya) - “Mançester Siti” (İngiltərə) 0:4.

Qeyd edək ki, Liqa mərhələsinin II turuna bu gün keçiriləcək 9 oyunla yekun vurulacaq.