Keir Starmer və Benyamin Netanyahu arasında telefon danışığı olub

2 Oktyabr 2024 02:12 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, onlar Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyəti müzakirə ediblər. Keir Starmer Böyük Britaniyanın İsrailin təhlükəsizliyinə və mülki vətəndaşların müdafiəsinə sadiq qaldığını bildirib.

Danışıqlar zamanı Keir Starmer Livanda atəşkəsin vacibliyini qeyd edib və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq siyasi həll üçün imkan yaradılmasının əhəmiyyətini vurğulayıb.

Baş nazir, həmçinin Qəzza zolağında mövcud vəziyyəti, atəşkəsin vacibliyini və girovların azad edilməsi üçün addımlar atılmasının zəruriliyini də müzakirə edib.