Berbok İranın İsrailə hücumu ilə bağlı açıqlama verib

1 Oktyabr 2024 23:32 (UTC+04:00)

…Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın İsrailə qarşı kütləvi raket hücumunu kəskin şəkildə pisləyib. SİA-nın əldə etdiyi məlumata görə, onun şərhi X sosial şəbəkəsində yayımlanıb.

Berbokun sözlərinə görə, alman tərəfi İrana yəhudi dövlətinə hücum etməməsi barədə xəbərdarlıq edib.

…Davam edən hücumu ən sərt şəkildə qınayıram. İran dərhal hücumu dayandırmalıdır, - o vurğulayıb.

Əli Babayev