Tasnim: İran raketləri İsrailin Nevatim hərbi bazasını vurub

1 Oktyabr 2024 22:50 (UTC+04:00)

SİA xəbər verir ki, İranın Tasnim agentliyinin məlumatına görə, İsrailin Nevatim bazası İranın raket zərbəsi nəticəsində məhv edilib.

…İran raketləri Negevdə terrorçuların Nevatim bazasını vurub, - deyə məlumatda bildirilir.

Heç bir təfərrüat verilmir.

…Oktyabrın 1-i axşam saatlarında İran HƏMAS və “Hizbullah” liderlərinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun rəis müavininin öldürülməsinə cavab olaraq İsrailə raket hücumu həyata keçirib.

Məlumata görə, İsrail istiqamətinə 400-ə yaxın raket atılıb.

Əli Babayev