“Kazak Xalqının Atamanlar Şurası” təşkilatının fəalları Omsk vilayətinin qubernatoru Vitali Xotsenkoya müğənni Diana Arbeninanın Omskda konsertinin qadağan edilməsi xahişi ilə müraciət ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə qurumun “VKontakte” sosial şəbəkəsindəki səhifəsində deyilir.
Kazaklar 2014-cü ildə Kiyevdə konsert verdiyi üçün Arbeninanın konsertinin qadağan edilməsini tələb ediblər.
…Hələ 2022-ci ilin aprelində demişdim ki, heç yerə getməyəcəyəm, öz ölkəmdə xalqımla, mədəniyyətimlə qalacağam. Bəzi başlıq həvəskarlarına bunun nə demək olduğu aydın deyilsə, mən onu parçalayacağam: indi ölkəmlə baş verən hər şey böyük bir faciədir.
Bunu Diana Arbenina bildirib.
Nazlı Almuradova