Böyük Britaniya məşhur haker qrupuna sanksiyalar tətbiq edib

1 Oktyabr 2024 20:53 (UTC+04:00)

Böyük Britaniya ABŞ və Avstraliya ilə birlikdə məşhur "Evil Corp" haker qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, AZƏRTAC Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, haker qrupunun Rusiya ilə əlaqələri olduğu bildirilib. Qeyd olunub ki, qrupun sanksiya tətbiq edilən üzvləri arasında Maksim Yakubets də var. O, uzun müddət qruplaşmanın əməliyyatlarını idarə edib.

Qeyd edilib ki, “Evil Corp"un kiberfəaliyyətləri Böyük Britaniyanın səhiyyə, hökumət və ictimai sektor institutlarına zərər verməyə yönəlmişdi.