Təl-Əvivdə partlayış səsləri eşidilib

1 Oktyabr 2024 20:24 (UTC+04:00)

…Tel-Əviv ərazisində və İsrailin mərkəzində partlayış səsləri eşidilib.

SİA-nın əldə etdiyi məlumata görə, “The Times of Israel” xəbər verir.

İsrail Müdafiə Qüvvələri Livandan atılan raketin “ölkənin mərkəzindəki açıq əraziyə” düşdüyünü bildirib.

Nəşr qeyd edir ki, hazırda İsrailin mərkəzi hissəsində, eləcə də Qərb Sahilinin şimalında, o cümlədən Kfar Saba, Kafr Qassem, Rosh HaAyin və Hod Hasharon şəhərlərində onlarla şəhərdə raket siqnalı sirenləri eşidilir.

İsrail Müdafiə Qüvvələri daha sonra əlavə edib ki, İsrailin bir neçə bölgəsində, o cümlədən Danda (Təl-Əviv də daxil olmaqla) sirenlər səsləndikdən sonra Livandan gələn mərmi ələ keçirilib. Dan bölgəsinin sakinlərinə sığınacaqların yaxınlığında qalmağa çağırılıb.

Əli Babayev