Qubada yük maşını dərəyə aşıb, yaralanan var

1 Oktyabr 2024 19:58 (UTC+04:00)

Quba rayonunun Hacıhüseynli kəndi ərazisində yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "QAZEL" markalı yük avtomobilinin aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.