ABŞ-ın şərqində və cənubunda 36 limanın işçiləri maaşların artırılması və işlərinin avtomatlaşdırılmasına son qoyulmasını tələb edərək tətilə başlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, aksiya oktyabrın 1-də limanlarla təxminən 45 min doker arasında müqavilələrin müddəti bitdikdən sonra başlayıb.
“Associated Press” qeyd edir ki, onların birliyi 1977-ci ildən bəri ilk dəfə tətil edir.
Yerli həmkarlar ittifaqı prezidenti, dokerlərin lazım olduğu qədər tətil edəcəklərini və şirkətlər üzərində təsir imkanlarının olduğunu söyləyib.
Fəhlələr “Ədalətli müqavilə olmadan iş olmaz” şüarı altında aksiya keçiriblər.
“Associated Press”-yə danışan ekspertlər deyirlər ki, istehlakçılar tətilin təsirini dərhal hiss etməyəcəklər, çünki pərakəndə satıcılar inventar yığır.
Bununla belə, dokerlər bir neçə həftə etiraz etsələr, qiymətlər yüksələ və Milad bağlamalarının çatdırılması gecikə bilər. Tətilin ən ani təsiri banan kimi tez xarab olan məhsulların tədarükündə olacaq ki, bunun da 75 faizi Şərqi Sahil limanları vasitəsilə daşınır.
Əli Babayev