Azərbaycan millisi İnkişaf Turnirində növbəti oyununu keçirib

1 Oktyabr 2024 18:25 (UTC+04:00)

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın heyətində yeganə qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Belarus seçməsinə 1:2 hesabı ilə məğlub olub. Yığma son matçını oktyabrın 4-də Qazaxıstana qarşı keçirəcək.