...ABŞ Maliyyə Nazirliyi yeddi rusiyalı və Rusiyadan iki hüquqi şəxsə qarşı kiber sahədə sanksiyalar elan edib.
SİA xəbər verir ki, RİA Novosti-nin Amerika departamentinə istinadən verdiyi məlumata görə, məhdudiyyətlərə Eduard Benderski, Vadim Poqodin, Beyat Ramazanov, Aleksandr Rıjenkov, Sergey Rıjenkov, Aleksey Şetinin, Viktor Yakubets, həmçinin Solar-Invest MMC və Vympel-Sodeystvie MMC daxildir.
ABŞ-ın sanksiyalar siyahısına daha əvvəl iki kredit təşkilatı əlavə edilib: Cənubi Osetiyadan “International Settlement Bank” MMC və Rusiyadan “Timer Bank” PJSC...
Əli Babayev