Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Sudandakı səfirliyinə edilən hücumu qınayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyi BƏƏ-nin Xartumdakı səfirliyinə edilən hücumla bağlı bəyanat yaydı.
“Türkiyə BƏƏ-nin Sudandakı səfirliyinə edilən hücumu beynəlxalq hüququn və diplomatik normaların açıq şəkildə pozulması kimi qiymətləndirir və pisləyir”, - deyə bəyanatda vurğulanıb.
Türkiyənin bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırdığı və Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin toxunulmazlığının qorunmasının vacibliyini vurğuladığı bildirilib.
“Türkiyə Sudanda atəşkəsə nail olmaq və daimi sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcək”, - deyə bəyanatda qeyd olunub.
BƏƏ Xarici İşlər Nazirliyi Sudan ordusuna məxsus təyyarənin BƏƏ-nin Sudandakı səfirliyinə hava hücumu təşkil edərək binaya ciddi ziyan vurduğunu baçıqlayıb.
Sudan ordusu hücumu həyata keçirdiyinə dair iddiaları təkzib edib. Hücuma görə Çevik Dəstək Qüvvələrininin (HDG) məsuliyyət daşıdığı bildirilib.