Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

1 Oktyabr 2024 17:02 (UTC+04:00)

“İddialı layihələrdən biri də ictimai nəqliyyatın elektrikləşdirilməsidir”. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.

Nazir müavini bildirib ki, növbəti ay 160 belə avtobus gətiriləcək və təbii ki, növbəti aylarda bu rəqəm artacaq: “Həm dövlət, həm də özəl şirkətlər bu istiqamətdə işlər görür. Elektrik doldurma məntəqələrinin sayı da artacaq”.