Peşəkar Futbol Liqasının rəsmisi beynəlxalq oyuna təyinat alıb

1 Oktyabr 2024 16:34 (UTC+04:00)

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının B Divizionunun III turunda keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 11-də təşkil olunacaq qarşılaşma Praqa şəhərində yerləşən “Etep Arena”da oynanılacaq.