Melisa Döngel "Beşiktaş"ın sabiq futbolçusuna aşiq olub - FOTO

1 Oktyabr 2024 16:26 (UTC+04:00)

Türkyəli aktrisa Melisa Döngelin "Beşiktaş"dan ayrıldıqdan sonra "Bandırmaspor"da forma geyinən Kerem Atakan Kesginlə eşq yaşadığı məlum olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur reper Sefodan ayrıldıqdan sonra adı məşqçi Sergen Yalçınla hallanan Melisa Döngel axtardığı sevgini tapa bilməyib.

Oynadığı serialda tamaşaçıların böyük rəğbətini qazanan məşhur aktyor indi də futbolçu Kerem Atakan Kesginlə görüşməyə başlayıb.

"Beşiktaş"dan ayrıldıqdan sonra "Bandırma"da oynayan Kesgin ötən gün bir məkanda Döngellə qarşılaşıb. Sevgilisi üçün ürək şarı alan Kesgin "İnstaqram"ın hekayə bölməsində Döngelin şarla verdiyi pozanı paylaşıb.