Qəzzada ölənlərin sayı 41 min 638-ə çatıb

1 Oktyabr 2024 16:12 (UTC+04:00)

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 638-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 361 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda daha 23 fələstinlinin həyatını itirdiyi, 101 nəfərin isə yaralandığı bildirilib. İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 41 min 638-ə, yaralı sayının isə 96 min 460-a yüksəldiyi qeyd edilib. Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu xatırladılıb, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətliləri cəsədlərə çata bilməyib.