Azərbaycan taekvondoçusu bürünc medal qazanıb

1 Oktyabr 2024 16:00 (UTC+04:00)

Azərbaycan taekvondoçusu Vasif Səlimov (63 kq) Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. SİA xəbər verir ki, milli üzvü yarımfinalda uduzaraq üçüncü olub.

O, Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə bolqarıstanlı rəqibinə uduzub.

Qeyd edək ki, bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.