"HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir - FOTOLAR

1 Oktyabr 2024 15:31 (UTC+04:00)

Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.