Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

1 Oktyabr 2024 14:52 (UTC+04:00)

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2024-cü il oktyabr ayının 10-da Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin qəbulu keçirəcək. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.10.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.