Səhiyyəmizin uğuru - Mərdəkan Tibb Reabilitasiya Mərkəzi

1 Oktyabr 2024 13:55 (UTC+04:00)

...Sentyabr ayının 18-də Mərdəkan Tibb Reabilitasiya Mərkəzinə qəbul olunduq. Həmin gündən müalicəyə başladıq. Sözün düzü, Reabilitasiya Mərkəzində xəstələri qəbul edən xəstə xidmətləri şöbəsinin işçiləri - Mirzəyeva Vüsalə, Cəbrayılova Elnarə, Hacıyeva Gülnarə qəbul şöbəsinə girən hər bir xəstəni təntənəli surətdə qarşılayırlar. Fürsətdən istifadə edib, hər üç gəncə öz təşəkkürümüzü bildiririk.

Reabilitasiya Mərkəzinin öz qanunları var idi. Bizimdə həmin qanunlara tabe olmaqdan başqa çarəmiz yox idi. Xəstələrin müalicə dövründə kənar şəxslərlə təmasları məhdudlaşdırılır, Mərkəzin ərazisini tərk etmək tövsiyyə olunmur. 10 gün müalicə almaqla bərabər daxili qaydalara riayət etməlisən. Bu qaydaları bəyəndim, deyə bilərəm.

Reabilitasiya Mərkəzinin texniki işçiləri yataq dəstlərini hər həftə vaxtı-vaxtında dəyişdirirlər. Binada isti su daimidir. Texniki işçilər hər gün xəstələrə xidmət göstərir, müalicə həkimləri xəstələrlə maraqlanır, onların aldığı prosedurların nə qədər effek verdiyini öyrənir, konsultasiya edirlər. Xüsusilə Baş həkim Gülay Qurbanzadə, bizi müalicə edən həkimlər İsmayılova Könül Eldar qızı, idman mütəxəssisi İsmayılov Ramin Hippokrat andına sadiq səhiyyə işçisi kimi çalışırlar. Onların bu fədəkarlığı heç vaxt unudulmayacaq.

Reabilitasiya Mərkəzinə uşaqlar valideynlərlə birgə qalırlar. Kiçik yaşlı uşaqlardan birinin valideyni Abdullayev Niyaməddini göstərmək olar. 4 yaşlı Abdullanı hər gün fizioterapiyaya gətirən valideyn mərkəzdən həmişə razılıq edir. Fizioterapiya şöbəsində tibb işçisi Vüsalə Əliyeva hər gün xəstələri qəbul edib onları güzlərüzlə yola salır. Şahidi oldum ki, fizioterapiyaya müraciət edənlərin sayı kifayət qədər çoxdur. Onlar müalicəyə girmək üçün növbə tutmalıdırlar. Tibb işçisi Vüsalə xanım onların hər biri ilə ayrı-ayrılıqda söhbət aparır, sağlamlıqlarına qovuşmalarına lazımi köməkliyi göstərir. Laboratoriya müdiri Firəngiz Dəmirovanın fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır: halal olsun belə səhiyyə işçilərinə.

Reablitasiya Mərkəzində tanış olduğum Oğuz rayonu Qumlaq kəndindən gəlmiş, 37 il bir məktəbdə direktor işləmiş Abbasov Fəxrəddin Səadəddin oğlu Mərkəzdən tam razılıq edir. Müalicəsi uğurla aparılıb, sağlamlığına qovuşub. Kardeoloq həkimlərin xidmətini də unutmamalıyıq. Mərkəzə müraciət edən Gülər Məmmədova həkim Aygül İsmayılovdan razılıq edir. Reabilitasiya Mərkəzində bu gözəl şəraiti yaradan Mərkəzin direktoru Cabbarlı Rüfət İlham oğludur.

10 günlük müalicəmiz sona çatdı, Reablitasiya Mərkəzindən xoş təəssuratla ayrıldıq.

Məmmədhəsən Məmmədov