Yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb - YENİLƏNİB

1 Oktyabr 2024 14:15 (UTC+04:00)

Ucar rayonunda qəzaya uğrayan yanadaşıyan maşının sürücüsü yanaraq ölüb. SİA-nın Yuxarı Şirvan bürosu xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.

Qeyd olunub ki, maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb.