Fransada bıçaqlanan Vidadi İsgəndərli vəfat etdi

1 Oktyabr 2024 13:58 (UTC+04:00)

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib. SİA xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat verib.

O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 29-da Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum adamların hücumuna məruz qalıb. Q.Zahid bildirib ki, Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.