“Azəristiliktəchizat”ın rəsmisi Şəkidə vətəndaşlarla görüşəcək

1 Oktyabr 2024 13:06 (UTC+04:00)

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev oktyabrın 18-i saat 10:00-da Şəki şəhərində Şəki və Qaxdan olan vətəndaşlarla görüşəcək. ASC-dən SİA-ya bildirilib ki, görüşdə istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Görüş Şəki şəhər Heydər Əliyev prospekti 216 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.