İribuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

1 Oktyabr 2024 12:32 (UTC+04:00)

Goranboyda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun SİA-ya verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakininə məxsus, dəyəri 8700 manat olan iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayon sakini Arzu Məhərrəmov saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.