Həm şəxsi həyatı, həm də musiqi karyerası ilə tez-tez gündəmdə olan Hadisənin "Qalatasaray"ın baş məşqçisi Okan Burukla eşq yaşadığı iddia edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Okan Burukla sevgili olduğu iddia edilən Hadisə ilə bağlı sual verilib. Məşhur məşqçinin reaksiyası təəccüb doğurub.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk ilə məşhur müğənni Hadisənin son vaxtlar eşq yaşamağa başladığı iddiası gündəmə gəlib. Xəbərin ardından Okan Buruk və Hadisənin münasibətdə olmadığı, sadəcə kefli vaxt keçirdikləri bildirilib.
Buruk dünən axşam bir məkandan çıxarkən kameralara tuş gəlib. Mətbuat mənsubları şən əhval-ruhiyyəsi ilə diqqət çəkən Okan Burukdan yenə Hadisəni soruşublar. Hadisə ilə eşq iddiaları ilə bağlı bir daha soruşulan Okan Buruk gülərək "Nə iddiası?" Onun bunu deyərək reaksiyası diqqət çəkib.