“Qarabağ” – “Malmö” matçının hakimləri açıqlanıb

1 Oktyabr 2024 12:19 (UTC+04:00)

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ"la İsveçin “Malmö” komandası arasında keçiriləcək II tur oyununa təyinatlar açıqlanıb. SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Anastasios Papapetru olacaq. Ona yan xətt hakimləri Trifon Petropulos və Yordanis Aptosoqlu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Tsakalidis yerinə yetirəcək.

VAR hakimi Angelos Evangelou, onun köməkçisi isə Atanasios Tsilos olacaq.

Qeyd edək ki, oktyabrın 3-də "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.