Mark Zukerberq sərvətini artırdı

1 Oktyabr 2024 11:48 (UTC+04:00)

Sərvəti 200 milyard dolları keçən iş adamlarının sayı 4-ə yüksəlib. Siyahıya daxil ediləcək soyad "Facebook"un qurucusu Mark Zukerberq olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən çox istifadə edilən 3 sosial media tətbiqi ona məxsusdur. “Facebook”, “Instagram” və “WhatsApp”ın rəhbəri Mark Zukerberq məlumatların pozulması qalmaqalları və seçkiyə müdaxilə iddiaları səbəbindən tez-tez tənqid hədəfinə çevrilsə də, onun sərvəti günü-gündən artır.

"Meta CEO" hazırda dünyanın dördüncü ən varlı adamıdır. Onun sərvəti təkcə bu il 73,4 milyard dollar artıb. Beləliklə, cəmi aktivlər 201 milyard dollara çatıb. Dünyanın ən varlı adamları siyahısında birinci yerdə 211 milyard dollar sərvəti ilə İlon Mask qərarlaşıb. Onu Ceff Bezos və Bernard Arnault izləyir. Dördüncü yerdə olan Mark Zukerberqdən başqa heç kimin aktivləri 200 milyard dolları keçmir.

40 yaşlı Zukerberqin sərvətinin böyük hissəsi onun "Facebook", "Instagram" və "WhatsApp"ın daxil olduğu Meta-dakı səhmlərindən gəlir. Meta-nın səhmləri bu il 64% artıb.