Finlandiya prezidenti Anıtkabiri ziyarət edib

1 Oktyabr 2024 11:45 (UTC+04:00)

Finlandiya prezidenti Alexander Stubb Anıtkabirə səfər edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyəyə rəsmi səfərə gələn Stubb onu müşayiət edən nümayəndə heyəti ilə Anıtkabiri ziyarət edib.

Stubb Ulu Öndər Mustafa Kamal Atatürkün məqbərəsi önünə əklil qoyub, ehtiramını bildirib, sonra xatirə fotoşəkili çəkdirib. Stubb daha sonra Milli Pakt Qülləsinə gedərək Anıtkabir Xüsusi Kitabını imzalayıb.