Azərbaycan gimnastları Vətənə dönüblər - FOTOLAR

1 Oktyabr 2024 11:15 (UTC+04:00)

İtaliyanın Pesaro şəhərində təşkil olunmuş dünya çempionatında gümüş medal qazanmış Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov Vətənə qayıdıblar. SİA xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Vladimir Dolmatov-Mədinə Mustafayeva qarışıq cütü turnirdə 20,300 bal toplayaraq ikinci olub. Onlar yalnız Yaponiya təmsilçilərindən geri qalıblar.