İsrailin Qəzzaya hücumları nəticəsində 19 fələstinli həlak olub

1 Oktyabr 2024 10:10 (UTC+04:00)

İsrail qırğını davam etdirir. İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar nəticəsində daha 19 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın səhiyyə mənbələrindən verdiyi xəbərə görə, Nusayrat Qaçqınlar Düşərgəsində Əbu Ataya və Əbu Şumeys ailələrinin evlərinə edilən hücumlarda aralarında uşaqların da olduğu 13 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzza şəhərinin şərqindəki Et-Tuffah rayonunda köçkünlərin sığındığı “Əş-Şücaiyyə” məktəbinə də hücum edib. Səhiyyə mənbələrindən alınan məlumata görə, ilkin təsbitlərə görə, hücumda 6 nəfər həyatını itirib.