Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb

1 Oktyabr 2024 09:42 (UTC+04:00)

Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb. SİA-nın məlumatına görə, hadisə rayonun Qum kəndində baş verib.

1962-ci il təvəllüdlü rayonun Qum kənd sakini əvvəllər məhkum olunmuş Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.