ABŞ-ın Bağdaddakı hərbi bazasına raket zərbələri endirildi

1 Oktyabr 2024 02:40 (UTC+04:00)

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus, Bağdad hava limanı yaxınlığında yerləşən hərbi baza raket atəşinə tutulub. SİA xəbər verir ki, bazaya 4 mərmi atılıb. Dəymiş maddi ziyanla bağlı məlumat verilməyib. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.