Superliqa: “Beşiktaş” səfərdə qalib gəlib

1 Oktyabr 2024 00:12 (UTC+04:00)

Türkiyə Superliqasında VII tura yekun vurulub. SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan “Beşiktaş” səfərdə “Kaysərispor”la qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Gedson Fernandeş və Çiro İmmobile (2 qol) vurublar. Bu nəticədən sonra xallarını 16-ya çatdıran “Beşiktaş” 3-cü pilləyə yüksəlib. “Kaysərispor” isə 3 xalla 17-ci sırada yer alıb.