ABŞ Yaxın Şərqdəki ordusunun sayını artırıb

1 Oktyabr 2024 02:40 (UTC+04:00)

ABŞ ehtiyac olduğu halda İsrailin təhlükəsizliyi və müdafiəsini gücləndirmək məqsədilə Yaxın Şərqə daha bir neçə min ordu göndərdiyini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Müdafiə Departamentindən bildirilib. Əlavə qüvvələrlə birlikdə ABŞ-ın bölgədə şəxsi heyətinin sayı 34 minə çatacaq.

Buna F-15E, F-16 və F-22 döyüş təyyarələri və A-10 hücum təyyarələrinin eskadronları və onlara dəstək olmaq üçün lazım olan şəxsi heyət daxildir.

Qeyd edək ki, ötən gün Pentaqon rəhbəri Lloyd Ostin də bölgədəki “Abraham Linkoln” aviadaşıyıcısının hücum qrupunu və onunla əlaqəli eskadronları müvəqqəti olaraq genişləndirdiyini açıqlamışdı.