Trampa sui-qəsddə şübhəli bilinən şəxs özünü təqsirli bilməyib

30 Sentyabr 2024 22:05 (UTC+04:00)

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Rayan Root məhkəmədə günahını etiraf etməkdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.

Florida ştatındakı qolf meydançalarından birində keçmiş prezident Donald Trampa sui-qəsd hazırlamaqda ittiham olunan şəxs bazar ertəsi federal məhkəmədə qısa çıxışı zamanı özünü təqsirli bilməyib.

Sentyabrın 15-də Tramp qolf oynayarkən ona hücum olub? Daha sonra məlum olub ki, hücumda şübhəli bilinən şəxs 58 yaşlı Rayan Uesli Rutdur. Bundan əvvəl məlum olmuşdu ki, o, bir aydan artıqdır izlədiyi Trampa sui-qəsd cəhdində ittiham olunur.

Əli Babayev