Litva Belarusu Haaqada məhkəməyə vermək qərarına gəlib

30 Sentyabr 2024 21:54 (UTC+04:00)

Litvanın Ədliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsini Belarus hakimiyyətinin hərəkətlərini araşdırmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə PRIME xəbər verir.

Litva departamentinin müraciətinə əsasən, Belarus hakimiyyəti insanlığa qarşı cinayətlərdə iştirak edə bilər.

O cümlədən, Litva tərəfi Belarus prezidenti Aleksandr Lukaşenkonu beynəlxalq hüquqların pozulmasında, məcburi deportasiyada və ayrı-ayrı şəxslərin təqibində ittiham edib.

Departamentin aydınlaşdırdığı kimi, Litva Ədliyyə Nazirliyi bir ildən artıq müddət ərzində müvafiq materialları öyrənib və həmçinin Belarus hakimiyyəti tərəfindən cinayətlərin sübutlarını toplayıb.

Bundan əvvəl Lukaşenko Rusiyanı Belarusda sanksiyaya məruz qalan malları almağa dəvət edib.

Əli Babayev