Qavi 10 aylıq zədəsini sağaldıb...

30 Sentyabr 2024 21:37 (UTC+04:00)

"Barselona”nın yarımmüdafiəçisi Qavi zədəsini sağaldıb. Matc.az xəbər verir ki, gənc futbolçu artıq komandasına kömək etməyə hazırdı.

“Barsa” sabah Çempionlar Liqasında “Yanq Boyz”la, oktyabrın 6-da isə La Liqada “Alaves”lə qarşılaşacaq. Lakin məşqçi heyəti 20 yaşlı futbolçunun səhhətini riskə atmağa hazır deyil. Klub milli komandaların oyunları ilə yaranacaq fasilədən sonra Qaviyə şans verməyi düşünür.

SİA xatırladır ki, Qavi ötən ilin noyabrında AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla oyunda (3:1) dizinin çarpaz bağını cırmışdı.