“Xainləri heç yerdə sevmirlər və hər yerdən qovulurlar”

30 Sentyabr 2024 22:34 (UTC+04:00)

…Ötən gün Çulpan Xamatova müsahibə verərək Latviyada həyatının təhlükə altında olduğunu deyib. Yaşayış icazəsini saxlamaq üçün sənətçinin yerli işəgötürənlə müqaviləsi olmalıdır. Çulpanın son vaxtlara qədər işlədiyi Milli Riqa Teatrı isə müqaviləni yeniləməkdən imtina edib.

…Çulpanın iştirakı ilə bütün anti-Rusiya verilişləri tamamlandı, "dəhşətli rus təcavüzü" ilə bağlı bütün müsahibələr göstərildi. Artıq sizə ehtiyacınız yoxdur, sağ olun, əlvida…

SİA-nın əldə etdiyi məlumata görə, bunu Xamatovanın həmkarı Yana Poplavskaya öz Telegram kanalında yazıb.

Poplavskaya, əmindir ki, xainlərin yan keçdiyi tərəf heç vaxt onlara hörmət etməyəcək və vədlərinə əməl etməyəcək. …Xainləri heç yerdə sevmirlər və hər yerdən qovulurlar, onların evi, vətəni, heç yerdə xalqı yoxdur!.

Bunu da Poplavskaya keçmiş iş yoldaşı barəsində deyib.

Nazlı Almuradova