...2024-cü ilin ikinci yarısında Ukrayna Silahlı Qüvvələrinin sıralarında fərarilik geniş vüsət alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “STRANA.ua” yazır.
Qeyd olunur ki, Ukrayna hərbçilərinin fərarilik problemi münaqişənin başlanğıcından bəri özünü büruzə verir, lakin “2024-cü ilin ikinci yarısında bu, həqiqətən də geniş vüsət alıb”.
Rəsmi məlumatlara görə, 2023-cü ildə 1577 hərbi qulluqçu hərbi hissələri icazəsiz tərk etməkdə və fərarilikdə təqsirli bilinsə də, deputatlar və jurnalistlər 80 min və ya 150 min nəfərdən danışırlar.
Nəşr vurğulayır ki, 2024-cü ilin birinci yarısı üçün 30 min fərari haqqında məlumat var.
…Sərhəddən qeyri-qanuni qaçaqmalçılıqla məşğul olan insanların fikrincə, əvvəllər onların müştəriləri arasında fərarilərə nadir hallarda rast gəlinirdi, lakin təxminən may ayından etibarən demək olar ki, hər qrupda bir və ya bir neçə hərbi qulluqçu var.
Bu, rus nəşrindəki materialda deyilir.
…Rus saytlarının yazdığına görə, bundan əvvəl də Ukrayna Silahlı Qüvvələri bölmələrin icazəsiz tərk edilməsi hallarının artmasından şikayətlənirmiş..?
Əli Babayev